Misli Premyer Liqasının 18-ci turu çərçivəsində bu gün keçirilmiş "Qarabağ" - "Araz-Naxçıvan" oyunundan sonra mətbuat konfransında baş məşqçimiz Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Hər iki komanda meydanda dinamikanı qorudu. Qış fasiləsində qədər keçirdiyimiz ən yaxşı oyunlardan biri idi. Fasilədən sonra da çalışacağıq iddiamızı artıraq və yerimizi qoruyaq. 
Epizod zamanı məncə, qol idi, amma qərarı hakim verir. Onların da qərarına hörmətlə yanaşırıq. 
Bu mövqedə yer alacağımıza çoxları inanmasa da, komandanı quranda, heyəti yığanda futbolçuların potensialına, gücünə bələd idim. Əzmkar və qələbəyə ac futbolçulardı. Oyun planında isə daha yaradıcı, yaxşı ola bilərik. Ümid edirəm ki, qış fasiləsindən sonra buna nail olacağıq".